RU

Bu ilin beş ayında Azərbaycanda ümumilikdə 1 385 126 IMEI nömrə qeydiyyata alınıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda toplu idxal və fiziki şəxslər üzrə ümumilikdə 1 385 126 IMEI (mobil cihazın beynəlxalq idnetifikasiyası) nömrə qeydiyyata alınıb.

Valyuta.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-dən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12% çoxdur.

Qeyd edək ki, 2013-2023-cü illərdə ölkədə 25 milyondan çox IMEI nömrə qeydiyyatdan keçirilib. Bu ilin may ayınadək 19 155 IMEI kod “klon” statusu verilərək bloklanıb. Həmin IMEI kodlar bloklanmamışdan öncəki 3 ayda 1 449 271 ədəd mobil nömrəyə aid abunəçi kimliyi ilə şəbəkədə görünüb. Bloklanmış IMEI kodlarla sözügedən tarixə qədər 1 005 737 dəfə şəbəkəyə qoşulma cəhdinə Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) imtina cavabı verib.

Məlumat üçün deyək ki, vətəndaşlar mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında (rinn.portal.az) “IMEI yoxlama” xidmətindən ödənişsiz istifadə edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
valyuta.az

1Источники