“Bu gün kənd təsərrüfatı məhsullarının qiyməti əl yandırır. Üstəgəl dizel yanacağının 24 faiz bahalaşması bu sahəyə öz təsirini göstərəcək. Dizel yanacağı yalnız torpağı şumlamaq üçün deyil, daşınma, yığım və digər sahələrdə istifadə olunur”.
Bu sözləri Hit.az-a Liberal İqtisadçılar Birliyinin sədri Akif Nəsirli deyib.
O qeyd edib ki, bu gün kənd təsərrüfatı məhsullarının qiyməti müzakirə olunduğu ərəfədə dizel yanacağının qiymətinin qalxması absurddur:
“Benzinin satış qiymətinin qalxması hansısa formada anlaşıla bilər. İctimai nəqliyyatda gediş haqqının qalxması da başa düşülər. Ancaq dizel yanacağının qiymətinin qalxması heç cür qəbul etmək mümkün deyil. Onu da nəzərə almaq lazımdır ki, aqrar sektor subsudiya ilə idarə edilən sahədir”.
Sevinc