RU

İcbari tibbi sığorta ilə qasıq yırtığı açıq və laparoskopik üsulla icra olunur

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 26494 qasıq yırtığı əməliyyatı icra olunub. Əməliyyatların 25793-ü açıq, 701-i isə laparoskopik üsulla icra olunub. Qasıq yırtığı ən çox rast gəlinən yırtıq növlərindən biridir. Qasıq yırtığı  qarının aşağı qasıq nahiyəsində əmələ gəlir. Bir çox hallarda nazik bağırsağın və qarın daxilində olan böyük piy toxumasının dəri altı sahəyə çıxması nəticəsində baş verir.

Qasıq yırtıqları iki yerə ayrılır - çəp və düz qasıq yırtıqları. İcbari tibbi sığorta ilə icra olunan əməliyyatların 19585-i çəp qasıq yırtığın, 6909-u düz qasıq yırtığın bərpası məqsədi ilə aparılıb.

Qasıq yırtığı çox zaman qasıq nahiyəsində şişkinlik, qarında ağırlıq hissi, yürüş zamanı narahatçılıq hissi, öskürmə, ağırlıq qaldırma, gücənmə və gərginlik zamanı  qasıq nahiyədə ağrı ilə biruzə verir. Bu simptomları müşayiət etdikdə dərhal həkimə müraciət etmək lazımdır.

Qasıq yırtığının diaqnostikası üçün həkim tərəfindən fiziki müayinə, USM, rentqenoqrafiya, ehtiyac yaranarsa kontrastlı  irriqoskopiya, sistoqrafiya, KT, MRT müayinələr təyin olunur.  Bütün bu instrumental müayinələr icbari tibbi sığorta ilə həyata keçirilir.

Qasıq yırtığı anadangəlmə və qazanılmış olur. Anadangəlmə qasıq yırtığı xaya yatağının uşaq doğulanda açıq qalması səbəbindən yaranır. Peritonun yataq çıxıntısının açıq qalması səbəbindən qarın boşluğu orqanları və ya mayesinin bu yataq içərisindən keçərək qasığa və ya xayalıqlara doğru yerdəyişməsi baş verir. Qazanılmış qasıq yırtığının yaranma səbəbləri müxtəlif olsa da, əsasında qasıq nahiyyəsində qarının ön divarının zəif inkişaf etməsi durur. Kişilərdə qadınlara nisbətdə daha çox rast gəlinən yırtıq xəstəliyinin yeganə müalicə yolu cərrahi müdaxilədir. Əməliyyat zamanı ehtiyac olduğu halda yırtığın arxa divarına polipropilen tor bərkidilir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
4
banco.az

5Источники