Finlandiya parlamenti ABŞ ilə imzalanmış müdafiə sazişini yekdilliklə təsdiqləyib.
İqtisadiyyat.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, bu, Vaşinqtona ölkədəki 15 hərbi obyektə giriş imkanı verir.
Qeyd edək ki, 18 dekabr 2023-cü ildə ABŞ və Finlandiya NATO-nun effektivliyini gücləndirmək üçün müdafiə sahəsində əməkdaşlıq sazişi imzaladılar.
Gözəl Həşimova