RU

"Ağsu Siti" klubu öz stadionunda oynaya bilmir ? AFFA rəsmisindən AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Ağsu Siti" klubu Ağsu şəhər stadionunda çıxış edə bilmir.
Bunu Oxu.Az-a açıqlamasında "Ağsu Siti" klubunun prezidenti Rəmzi Eminli bildirib.
"Ağsu Siti" klubu artıq beş ildir ki, yaranıb. Komanda yarandığı gündən Region liqasında çıxış edib. Daha əvvəllər sözü gedən Ağsu şəhər stadionu bizə ödənişli olaraq verilirdi. Hələ bir müddət Ağsuda oynaya bilmədiyimiz üçün Göyçayda oynamaq məcburiyyətində qaldıq. Göyçayla yanaşı, Kürdəmir və Şamaxı rayonları öz stadionlarında bizə ödənişsiz olaraq oynamaq üçün şərait yaratdı. AFFA tərəfindən stadionda oynamağımıza icazə verilmir. Hazırda Ağsu şəhər stadionunda birinci liqada çıxış edən "Difai" klubu oyunlar keçirir. Lakin önəmli məsələlərdən biri budur ki, həmin komandanın tərkibində bir nəfər belə ağsulu futbolçu yoxdur. Ağsunun özünə məxsus komandası olduğu halda Bakıdan olan "Difai" komandası Ağsuya gətirildi. Komanda məşqlərini Bakıda keçirir, sadəcə oyunlar üçün Ağsuya gəlir. Biz isə stadionsuz qalmışıq. Artıq 5 ildir ki, bu mövzu ilə əlaqədar olaraq AFFA və rayon icra hakimiyyətinin rəsmiləri ilə danışıqlar aparsaq da, heç bir nəticə əldə etməmişik. Hətta mən AFFA rəsmilərinə bildirdim ki, komandanın inkişaf etməsi üçün başqa birinə də təhvil verməyə hazıram. Bundan sonra da heç bir cavab almadım. Bizim AFFA-dan yeganə tələbimiz stadionda oyunlarımızı pulsuz keçirməyimizdir".
Bu barədə AFFA-ya sorğu yönləndirdik. AFFA-nın mətbuat katibi Elnur Məmmədli məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında bütün suallara aydınlıq gətirib.
"Ağsu Siti" klubu ümumiyyətlə 2023/24 mövsümündə liqada çıxış etməyib. Ondan öncəki mövsümdə isə öz istəkləri ilə oyunlarda iştirak etməyiblər. Biz də məhz bu səbəbdən komandanı liqadan uzaqlaşdırmışıq. Hazırda həmin stadionda çıxış edən "Difai" klubu Ağsu şəhərinə aid olduğu üçün stadion onlara təhvil verilib. Həmin komandanın başqa şəhərdə məşqlər keçməsi isə hər hansısa bir problem yaratmır. Qaldı ki, ödəniş məsələsinə, normal olaraq stadion verilməyən komandanın orada oynaması üçün minimal məbləğ tələb olunur. Bu sadəcə Ağsu şəhər stadionu üçün keçərli deyil. Olimpiya komplekslərinin stadionlarında da oynamaq üçün ödəniş olunur. Ağsu şəhər stadionu "Difai" klubuna təhvil verildiyindən yalnız onların oyunları pulsuz keçirmək kimi hüquqları var. Onu da qeyd edim ki, hazırda Ağsu şəhər stadionunda yenidənqurma işləri aparıldığından istifadəsi dayandırılıb".
Anar Həsənov
Избранный
123
50
oxu.az

10Источники