RU

Türkiyə İrandan PKK-ya yardımdan imtina etməyi tələb edir

Türkiyə İrandan ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasına (PKK) silah verməkdən imtina etməyi və Ankaranın silahlı kürd qüvvələrinə qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib. Bu barədə "Yeni Şafak ” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzet daha əvvəl ABŞ və İranın İraqdakı PKK-ya pilotsuz təyyarələr və raketlər verdiyini, İran rəsmiləri isə silahlı qruplara heç bir təchizat etmədiklərini bildirən xəbər dərc etmişdi.

Nəşrin məlumatına görə, Türkiyə hökuməti orduya kürd yaraqlılarına istənilən silah-sursat ehtiyatını məhv etməyi tapşırıb.

Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçək PKK ilə mübarizə üçün Rusiyanın iştirakı ilə hərbi ittifaq yaratmağı təklif etmişdi.

Bundan əvvəl Türkiyə bəyan etmişdi ki, ABŞ PKK-nın köməyi ilə Türkiyə ilə sərhəddə "kiçik İsrail” yaradır.
 
Gülnar 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
anews.az

1Источники