RU

Dəhşətli HADİSƏ: Polis ona "saxta" tapança uzadan 13 yaşlı uşağı ÖLDÜRDÜ - VİDEO

Dəhşətli HADİSƏ: Polis ona "saxta" tapança uzadan 13 yaşlı uşağı ÖLDÜRDÜ - VİDEO

ABŞ polisi silahlı quldurluqla bağlı aparılan istintaq çərçivəsində iki uşağı saxlayıb.

Sonxeber.az xarici mənbəyə istinadən xəbər verir ki, polis sual verərkən uşaqlardan biri qaçmağa başlayıb. Polis İdarəsinin üç əməkdaşı uşağı təqib edib. Uşaq qaçan zaman cibindən silah çıxarıb.

Polis uşağın silahını gördükdən sonra ona atəş açaraq öldürüb. Aparılan araşdırmalar zamanı uşağın yanından tapılan silahın saxta olduğu müəyyən edilib. Polis idarəsi isə məsələ ilə bağlı açıqlama verib:

"Kamera görüntülərindən də aydındır ki, məmurlar 13 yaşlı uşağın arxasınca qaçmağa başlayıblar. Azyaşlı qaçarkən "GLOCK" markalı oyuncaq silah çıxarıb və polis əməkdaşlarına tuşlayıb. Hazırda hadisə ilə bağlı təfərrüatları və sübutları ictimaiyyətə yayımlamağı ehtiyatlı hesab edirik".

13 yaşlı uşağın güllələnərək öldürülməsi ciddi reaksiyalara səbəb olub. Yüzlərlə insan hadisəyə etiraz edərək polis zorakılığının dayandırılmasını tələb edib.

Ətraflı videomaterialı təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
sonxeber.az

1Источники