Belarus, Azərbaycan və Türkiyə 2024-cü ilin birinci yarısında Rusiya bazarına 447,7 milyon ədəd ərzaq yumurtası tədarük edib.
Musavat.com Rosselxoznadzor-a istinadən xəbər verir ki, bu dövrdə Azərbaycandan Rusiyaya 46,5 milyon, Türkiyədən 38,2 milyon, Belarusdan 363 milyon yumurta tədarük edilib.
Belarusdan tədarüklər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artıb.
Qurum xəbər verir ki, idxal olunan bütün məhsullar Rusiyada müəyyən olunan tələblərə cavab verib.
2023-cü ilin noyabrında Azərbaycandan ərzaq yumurtasının tədarükü üçün Rusiya bazarının açılması barədə qərar qəbul edilib. 2023-cü il dekabrın 29-dan Rosselxoznadzor Türkiyənin 6 müəssisəsindən inkubasiya yumurtalarının tədarükünə başlayıb.
Musavat.com