RU

Fransada təyyarənin magistral yolda qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Fransada tək mühərrikli kiçik təyyarənin magistral yolda qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
BiG.AZ xəbər verir ki, paytaxt Paris yaxınlığındakı hava limanından havaya qalxan təyyarə Sena-et-Marna əyalətində A4 avtomobil yolunda yüksək gərginlikli xəttlə təmasda olduqdan sonra qəzaya uğrayıb.

Tək mühərrikli kiçik təyyarədə olan 3 nəfər həyatını itirib.

Qəza səbəbindən magistralın hər iki istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qəza ilə bağlı araşdırmalar davam edir.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
big.az

1Источники