Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerov, Prezident Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak və energetika naziri German Qaluşenko iyulun 2-də Vaşinqtona gedəcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
“Onların əsas vəzifəsi ABŞ və alyansın gələn həftə keçiriləcək sammitində Kiyevə hansı təhlükəsizliyə təminat verməyə hazır olduqlarını öyrənməkdir”, - məlumatda bildirilir.
Bildirilib ki, Ukrayna nümayəndə heyətini ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan qəbul edəcək.
Qeyd olunur ki, Volodimir Zelenski də ABŞ paytaxtında keçiriləcək sammitə dəvət olunub.