RU

Fransada təyyarə magistral yola düşdü - 3 nəfər öldü

Fransada tək mühərrikli kiçik təyyarənin qəzaya uğrayıb magistral yoa düşməsi nəticəsində 3 nəfər ölüb.

525.az xəbər verir ki, Fransa mətbuatında yer alan xəbərlərə görə, paytaxt Paris yaxınlığındakı hava limanından havaya qalxan təyyarə Sena-et-Marna əyalətində A4 avtomobil yolunda yüksək gərginlikli xəttlə təmasda olduqdan sonra qəzaya uğrayıb.

Təkmotorlu kiçik təyyarədə olan 3 nəfər həyatını itirib, magistral yolda olan nəqliyyat vasitələrinə isə qəza nəticəsində ziyan dəyməyib.

Qəza səbəbindən magistralın hər iki istiqaməti nəqliyyatın hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, qəza ilə bağlı araşdırmalar davam edir.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
525.az

1Источники