RU

Muhamməd İsmayılov: "Dünya çempionatında da qızıl medal qazanmağa çalışacam"

“Əziyyətlərim öz bəhrəsini verdi”.

Bunu İdman.bizə Azərbaycanın sərbəst güləşi üzrə U-17 millisinin üzvü Muhamməd İsmayılov (51 kq) deyib.

Serbiyada təşkil olunan U-17 Avropa çempionatının qızıl medalçısı çıxışını şərh edib. O bildirib ki, çempionluğu sanlıqla qazanıb:“Hazırlıqlarımız yüksək səviyyədə idi. Yarışa Xaçmazda hazırlaşdıq. Burd valideynlərimə, əsas da atama təşəkkürümü bildirirəm. Şəxsi məşqçim Allahverdi Vəliyevə və üzərimdə əziyyəti olan bütün məşqçilərimə minnətdaram. Görüşlərimdə rahat qələbələr qazandım. Yarımfinalda bir az çətinlik çəkdim. Avqust ayında keçirikəcək dünya çempionatında da qızıl medal qazanmağa çalışacam”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq yekunda 160 xal toplayaraq komanda hesabında çempion olub.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
89
idman.biz

1Источники