Bakı. Trend:
ABŞ Polşaya hava və raketdən müdafiə sistemləri üçün hərbitexnikanın alınmasına 2 milyard dollar kredit ayırıb.
Trend-in məlumatına görə, bu barədə Polşa Müdafiə Nazirliyibildirib.
"Polşa və ABŞ 2 milyard dollar dəyərində Foreign MilitaryFinancing proqramı çərçivəsində birbaşa kreditin verilməsi haqqındamüqavilə bağlayıblar", - deyə nazirlik bildirib.
Polşa hakimiyyəti alınan vəsaiti hava hücumundan müdafiə vəraketdən müdafiə sistemlərinin alınmasına sərf edəcək. Qeyd olunubki, bu, Varşavanın Vaşinqtonda aldığı ikinci belə kreditdir.