Hollandiya 24 ədəd F-16 döyüş təyyarəsi üçün ixrac icazəsi verib ki, onlardan birincisi tezliklə Ukraynaya göndəriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" "RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Kaysa Ollonqren bildirib.
İcazənin iyunun 19-da verildiyi bildirilir. Hollandiya həmçinin yeddi F-16 təyyarə mühərrikinin ixracına icazə verib.
İyulun 1-də ehtiyatda olan birinci rütbəli kapitan Vasili Dandıkin Ukrayna Silahlı Qüvvələrinin F-16 qırıcılarını silahlı münaqişədə qəbul edib istifadə etməsinə şübhə etdiyini bildirib.