RU

Azərbaycan polisi 106 yaşını qeyd edir

Bakı. Trend:

Bu gün Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşəbayramını qeyd edir.

Trend Daxili İşlər orqanlarının keçdiyi çətin və şərəfli xidmətyoluna qısaca nəzər salır.

Azərbaycan polisi 1918-1920-ci illəri əhatə edən fəaliyyətidövründə ilk müstəqil dövlətimizin müdafiəsində mühüm rol oynayıb.Daha sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 ilərzində inkişaf edərək, qanunçuluğun və ictimai asayişinqorunmasında cinayətkarlıqla mübarizədə zəngin təcrübə qazanıb.

Tarixə nəzər salsaq görərik ki, dövlətçiliyin əsas sütunlarındanolan daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksəkpeşəkarlığa malik qurum kimi formalaşması Ulu Öndərin adı ilə sıxbağlıdır. Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi1970-1980-ci illər Daxili İşlər orqanlarının tarixində əsaslı dönüşmərhələsi olub. Həmin dövr polisin təşkilati və ideoloji cəhətdənmöhkəmlənməsi, şəxsi heyətin milli ruhda formalaşması iləəlamətdardır. Bu istiqamətdə atılan addımların nəticəsi idi ki,1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzübaşlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis, sonrakıillərdə Daxili Qoşun hissələri oldu. İşğalçılarla döyüşlərdə 1700-əyaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı,1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfərAzərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallaralayiq görüldü.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra polisinfəaliyyətində də yeni inkişaf dövrü başladı. Ulu Öndərin 1998-ciildə imzaladığı Fərmana əsasən iyulun 2-nin “Azərbaycan polisigünü” elan edilməsi onun daxili işlər orqanlarına verdiyi dəyərindaha bir parlaq təzahürü oldu.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə də DaxiliQoşunların döyüş hazırlığının yüksəldilməsi daim diqqətdəsaxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətinsosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox mühümqərarlar qəbul olunub. Müzəffər Ali Baş Komandanın xüsusi diqqət vəqayğısının nəticəsi olaraq hazırda Daxili Qoşunlar qarşıya qoyulanistənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Daxili Qoşunların peşəkar kadr özəyinin formalaşmasında, şəxsiheyətin yüksək döyüş hazırlığında Türkiyə Silahlı Qüvvələri, ocümlədən Jandarm Baş Komandanlığı ilə əməkdaşlığın rolunu da xüsusiqeyd etmək lazımdır. Eyni zamanda, nazirliyin fəaliyyətininbeynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasirtexnologiyalarla təchizatı yüksək səviyyəyə çatdırılıb, elektronxidmətlər, veb-sayt, “qaynar xətt” və digər informasiya resurslarıyaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkilolunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslərorqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsinivə operativliyi artırıb. Bu ilin yanvarından etibarən DİN-insəlahiyyətindəki məsələlərlə bağlı rəsmi ərizə, şikayət, təklif vəya sorğunu “E-Polis” mobil tətbiqi vasitəsilə onlayn göndərməkmümkündür.

Beynəlxalq standartlara cavab verən infrastruktura vəmaddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin,qanunçuluğun və hüquq qaydasının qorunması üzrə peşəkar kadrkorpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edənbu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquqvə mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, onuntransmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavabtədbirləri görməyə imkan yaradır. Daxili işlər orqanları hər zamanvəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.

Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanlarıəməkdaşlarının və hərbi qulluqçularının da müstəsna xidmətləriolub. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən DaxiliQoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsinivə döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar.Bu müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhidolub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldanazad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunlarınəməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığısərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər VətənMüharibəsi Qəhrəmanı adına layiq görülüb.

Ümumiyyətlə istər Birinci Qarabağ döyüşlərində, istərsə də 44günlük Vətən müharibəsində daxili qoşunların hərbi qulluqçuları vəpolis əməkdaşları ön cəbhənin müxtəlif istiqamətlərində işğalçılaraqarşı mətinliklə döyüşüblər.

Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş Ermənistanordusunun qalıqlarının basdırdığı minaların ötən il sentyabrın19-da partlaması nəticəsində daha 6 nəfər, o cümlədən polisəməkdaşlarımız həlak olub. Həmin gün Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokalxarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulantapşırıqların yerinə yetirilməsində polis əməkdaşları yüksəkpeşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı DİN-in 20əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdədövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasınıninzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrəxüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqlarınfəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinəgöstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizinbütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər vərayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələndaxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaqüçün gecə-gündüz uğurla xidmət aparırlar.

Eləcə də ötən il Azərbaycan Polisi Günü ərəfəsində nazirliyinmüxtəlif struktur qurumlarına aid dörd yeni inzibati binaistifadəyə verilib. Həmçinin kibercinayətlərə qarşı əks tədbirləringücləndirilməsi, sistemli və daha məqsədyönlü aparılması, müvafiqsahədə vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə DİN-inKibercinayətkarlıqla Mübarizə Mərkəzi üçün yeni inzibati binatikilib.

Bu gün ölkəmizdə sabitliyin, ictimai asayişin keşiyindəqətiyyətlə dayanan Azərbaycan polisi cinayətkarlıqla mübarizədə dəöz fədakarlığı ilə seçilir. İyunun 24-də Şüvəlan qəsəbəsində başvermiş hadisə buna ən yeni misal ola bilər. Axtarışda olan şəxsinsaxlanılması məqsədilə keçirilən əməliyyat zamanı üç polis əməkdaşıhəlak olub.

Azərbaycan Polisi mütəşəkkil cinayətkar qruplaşmalara,narkotiklərin qanunsuz dövriyyəsinə, eləcə də dövlətin konstitusionquruluşuna çıxanlara qarşı qətiyyətlə mübarizə aparır.

DİN əməkdaşları işğaldan azad olunan bölgələrin təhlükəsizəraziyə çevrilməsi məqsədilə xidməti vəzifələrini layiqincə həyatakeçirirlər. Böyük Qayıdış prosesinin sürətləndirilməsi vətəhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Qarabağ və ŞərqiZəngəzurda qarşıya qoyulan tapşırıqlar böyük əzmlə icra olunur.Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsiişi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsasfəaliyyət istiqamətlərindən biridir.

Eyni zamanda, indiyədək 1000-dən çox Vətən müharibəsiiştirakçısı şəffaflıq və aşkarlıq prinsipləri əsasında təşkilolunan seçim turunun mərhələlərindən də uğurla keçərək polisorqanlarında xidmətə qəbul olunublar.

Hazırda cinayətkarlıqla mübarizədə, xüsusən informasiyatexnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklətörədilən cinayətlərin açılması və belə hüquqazidd əməllərə yolverən şəxslərin məsuliyyətə cəlb olunmaları işinin daha dagücləndirilməsi üçün əməliyyat-texniki tədbirlərin dairəsigenişləndirilir.

Statistika göstərir ki, Azərbaycan polisi peşəkarlığına görəyalnız regionun deyil, bir sıra MDB və aparıcı Avropa ölkələrinintəhlükəsizlik orqanlarını üstələyir. İctimai asayişin vətəhlükəsizliyin qorunması sahəsində fəaliyyət digər hüquq-mühafizəorqanları ilə qarşılıqlı əlaqədə 2024-cü ilin birinci rübündə dəməqsədyönlü şəkildə davam etdirilib. Belə ki, 8 min 930 cinayətdən85 faizinin açılması təmin olunub. Ağır və xüsusilə ağır cinayətlər2023-cü ilin üç ayı ilə müqayisədə azalıb. Hərtərəfli islahatlar vəmodernləşmə cinayətkarlığın, onun transmilli mütəşəkkil növlərinintəhdidlərinə qarşı adekvat cavab tədbirlərinin görülməsinə imkanverir.

İctimai qaydanın qorunmasında və təhlükəsizliyin təminedilməsində qazanılan müsbət nəticələrin davamı kimi, Azərbaycanözünün sabit və təhlükəsiz ölkə imicini təsdiqləyib. Bakının COP29kimi mötəbər beynəlxalq tədbirə ev sahibi seçilməsi bunun barizifadəsidir.

Azərbaycan polisinin keçdiyi tarixi yol bir daha təsdiqləyir ki,öz andına həmişə sadiq olan daxili işlər orqanlarının əməkdaşlarıbundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yoldaqüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Избранный
174
5
az.trend.az

10Источники