RU

Hindistanın şimal-şərqində 640 min nəfər daşqınlardan zərər çəkib

Hindistanın

Bakı, 2 iyul, AZƏRTAC

Hindistanın Assam ştatının 19 rayonunda 640 mindən çox insan şiddətli musson yağışlarının yaratdığı daşqınlardan zərər çəkib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat regional hökumətin yaydığı bülletendə yer alıb.

Bölgənin əsas çayı Brahmaputrada və onun qollarında suyun səviyyəsi hazırda təhlükə həddi keçib. Rəsmi məlumatlara görə, 2024-cü ildə daşqınlar və nəticədə torpaq sürüşməsi 45 nəfərin həyatına son qoyub.

Ştat hökuməti 72 müvəqqəti sığınacaq düşərgəsi və 64 yardım paylama mərkəzi yaradıb. Xilasetmə işlərinə quru qoşunlarının, sərhəd qoşunlarının və Hərbi Hava Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
28
azertag.az

1Источники