RU

Ukrayna iki qiymətli təyyarəsini itirdi - Mirqoroda hücuma görə Ukrayna komandanlığı tənqid edilir

İyulun 1-də Rusiya cəbhə xəttindən təqribən 150 kilometr məsafədə yerləşən Ukraynanın Mirqorod aerodromuna “İsgəndər” raketi ilə zərbə endirib.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya kanalları məlumat yayıb. “Forbes” nəşri isə yazır ki, Ukrayna Hərbi Hava Qüvvələri həmin aerodromda açıq hava altında altı ədəd Su-27 qırıcısı yerləşdirib və Rusiya raketi onlardan ikisini məhv edib: “Rusyaya məxsus PUA gün işığında açıq ərazidə dayanmış ən azı altı Ukrayna Su-27 qırıcısını görüb. Nəticədə aerodroma atılan Rusiyanın “İsgəndər” raketi iki qiymətli Su-27-ni məhv edib, qalan dördünü isə zədələyib”.

“Forbes”-in qeyd etdiyi kimi, bu, Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukrayna Hərbi Hava Qüvvələri üçün itki sarıdan ən bahalı günlərdən biri olub: “Keçən payızda endirilən ilk iki zərbə Ukrayna Hərbi Hava Qüvvələrini təəccübləndirdi və bir cüt MiQ-29 qırıcısı itirildi. "İskəndər"in Mirqorodda məhv etdiyi iki Su-27, rusların son doqquz ayda yerdə vurduqları Ukrayna hərbi təyyarələrinin sayını ən azı 5-ə çatdırıb ki, Ukrayna bu cür itkiləri özünə rəva görə bilməz”.

Nəşrin məlumatına görə, müharibə başlayanda Ukrayna Hərbi Hava Qüvvələri 125-ə yaxın Su-27, Su-25, MiQ-29 və digər təyyarələrə malik olub. 28 ay davam edən şiddətli döyüşlər zamanı ukraynalılar 90-a yaxın təyyarə itirib.

“Forbes” yazır ki, Ukraynanın öz aerodromlarını qoruya bilməməsi və təyyarələrin yerini tez-tez dəyişməməsi Kuyevə veriləcək “F-16”-ların və “Mirage”-ların da taleyini sual altında qoyur.

Nəşr bu vəziyyətin yaranmasında hərbi komandanlığı günahlandırır: "Ukrayna qoşunlarının ölkə daxilində səpələnmiş 20-yə yaxın iri aviabazası, onlarla kiçik aerodromu və çoxlu sayda uçuş-enmə zolağı var. Hər bir Ukrayna təyyarəsi malik olduğu yanacaqla yüzlərlə kilometr məsafə qət edə bilir. 700 mil uçuş məsafəsi olan Su-27-nin cəbhədən 150 kilometr məsafədə, yəni, yaxında yerləşən aerodromda olmasına heç bir ehtiyac yox idi”.

O da qeyd olunur ki, istənilən halda, Rusiyanın Ukraynanın bütün ərazilərini vura bilən ballistik və qanadlı raketləri var. Ona görə də Ukrayna komandanlığı daim öz təyyarələrini və ekipajlarını hərəkət etdirməlidir.

“AzPolitika.info”

Избранный
161
azpolitika.info

1Источники