Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) NATO-nu sərt şəkildə tənqid edib.
News365.azxəbər verir ki, XİN-in rəsmi nümayəndəsi Mao Ninq bildirib ki, NATO Çinin nəinki xarici, daxili siyasətinə də qarışır.
Diplomat Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberqin bu yaxınlarda Çinin NATO-nun dəyərlərinə və təhlükəsizliyinə meydan oxuması ilə bağlı açıqlamalarını da şərh edib: "Əslində, davamlı olaraq Çinə meydan oxumağa çalışan, Pekinin daxili işlərinə qarışan, Çinin xarici siyasətini təhrif edən və pisləyən NATO-dur".
Bundan əlavə, Mao Ninq alyans üzvlərini Ukrayna münaqişəsinin səbəbləri barədə dərindən düşünməyə çağırıb və Çinin həmişə yaranmış ağır vəziyyətin həlli üçün diplomatik variantları irəli sürdüyünü xatırladıb.
Tural
News365.az