RU

“SOS” MMC Azərbaycan Polisinin yaranmasının 106-ci ildönümü ilə bağlı tədbir keçirib - FOTOLAR

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

“AzPolitika” xəbər verir ki, peşəkar mühafizə xidməti Security Operation Services” (“SOS”) MMC bu münasibətlə iyulun 2-də Azərbaycan Polisinin yaranmasının 106-ci ildönüm ilə bağlı tədbir keçirib.

Tədbirdə çıxış edən “SOS” MMC-nin direktoru Anar Məmmədov bu gün ölkəmizdə sabitliyin, ictimai asayişin keşiyində qətiyyətlə dayanan Azərbaycan polisinin cəmiyyət üçün etdiyi fədakarlıqlardan danışıb. A. Məmmədov Azərbaycan polisinin vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirdiyini, hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğrultduğunu vurğulayıb.

Daxili İşlər Nazirliyinin (DİN) yaranmasının 106-cı öldönümü ilə bağlı hazırda "SOS" MMC -də çalışan və uzun illər DİN orqanlarında xidmət etmiş, təqaüdə çıxmış bir qrup əməkdaş fəxri fərmanla təltif olunublar.

A. Məmmədov öz andına həmişə sadiq olan daxili işlər orqanlarının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib, Vətənə, xalqa şərəflə xidmət etdikləri bu yolda onlara uğurlar arzulayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
azpolitika.info

1Источники