RU

Türkiyədəki hadisələrlə bağlı təxribat xarakterli paylaşımlar edən 6 nəfər saxlanılıb

Bakı.TurkicWorld:

Türkiyənin Kayseri şəhərində baş verən təxribatlarla bağlı sosial media hesablarında təxribat xarakterli paylaşımlar edən 6 şübhəli İstanbulda saxlanılıb.

TurkicWorld xəbər verir ki, Kaseri şəhərinon Melikgazi bölgəsində baş verənlərlə bağlı sosial media hesablarında təxribat xarakterli paylaşımlar edənlər haqqında araşdırma davam edir.

Belə ki, istintaq çərçivəsində İstanbulda 6 şübhəli saxlanılıb.

Qeyd edək ki, Kayserinin Melikqazi rayonunda əmisinin 7 yaşlı qızına qarşı cinsi istismara təşəbbüs etməsi iddiasıyla Suriya əsilli İ.A. həbs edilmiş uşaq isə mühafizəyə götürülmüşdür. Uşağa qarşı cinsi istismar iddiasından sonra şəhərdə baş verən hadisələrdə 14 polis məmuru və bir yanğınsöndürən yaralanıb. Həmçinin cinsi istismar iddiası və ondan sonra baş verənlərlə bağlı olaraq yayım qadağası da tətbiq olunmuşdur.

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya hadisələrlə bağlı 67 nəfərin saxlanıldığını açıqlayıb. Yerlikaya, hadisələrdən sonra sosial mediada yazılanların 68%-nin təxribat məqsədli olduğunu və 63 hesabla bağlı araşdırma başladığını açıqlayıb.

Избранный
83
turkic.world

1Источники