RU

Dünyanın ən dəyərli 10 şirkətindən 9-u investorlarına qazanc gətirib

Qlobal səhm bazarları bu ilin ilk yarısında rekord qırarkən, dünyada ən yüksək bazar dəyərinə malik 10 şirkətdən 9-u bu dövrdə investorlarına qazanc gətirib.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, dünyada inflyasiya ilə mübarizənin sona yaxınlaşması və sərt pul siyasətinin tədricən zəifləməsinə dair gözləntilər qlobal riski dəstəkləyib.

Bazar dəyəri sıralamasında "Microsoft"u "Apple", "Nvidia", "Alphabet" (Google), "Amazon", "Saudi Aramco", "Meta", "Taiwan Semiconductor Manufacturing Company" (TSMC), "Berkshire Hathaway" və "Eli Lilly" izləyir.

Dünyanın 10 ən böyük şirkətindən 8-i Amerika, 1-i Tayvan və 1-i Səudiyyə Ərəbistanındandır.

İlin ilk 6 ayında dünyanın ən dəyərli şirkəti olmaq üçün "Nvidia", "Apple" və "Microsoft" arasındakı rəqabətdə "Microsoft", digər iki şirkəti qabaqlayaraq 3,321 trilyon dollarla dünyanın ən dəyərli şirkəti olub.

Reytinqdə “Apple” 3,229 trilyon dollarla ikinci, “Nvidia” 3,038 trilyon dollarla üçüncü olub.

İlin ilk yarısında dünyanın 10 ən dəyərli şirkəti arasında Nvidia səhm bazarlarında ən yaxşı performans göstərən şirkət olub. Nvidia-nın səhmlərinin qiyməti ilin əvvəlindən 149,5% artaraq 123,54 dollar olub.

Saudi Aramco ilin ilk 6 ayında səhm bazarlarında mənfi performans göstərən dünyanın 10 ən dəyərli şirkəti arasında yeganə şirkət olub.

Избранный
280
iqtisadiyyat.az

1Источники