RU

Bakıda 27 nəfəri gün vurdu

Bu ilin iyun ayı ərzində Bakı şəhəri üzrə günvurma ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 27 nəfərin müraciəti qeydə alınıb.
Manset.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb. Bildirilib ki, gün vuranlardan 5 nəfər xəstəxanaya təxliyə olunub. 20 nəfərə yerində yardım göstərilib. 2 nəfər isə hospitalizasiyadan imtina edib.

Yerində yardım göstərilənlərdən iki nəfəri 6 və 7 yaşlı uşaqlar olub.

Избранный
109
40
manset.az

10Источники