RU

"26 iyula qədər..." - Astroloq xəbərdarlıq etdi

\"Bu gündən etibarən Merkuri Şir bürcünə keçəcək və iyulun 26-dək Şir bürcündə səyahət edəcək\".
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyəli astroloq Dinçer Güner öz sosial media hesabında paylaşıb.
 
O, paylaşımında Merkurinin Şir bürcündə səyahət etməsinin bürclərə təsirini izləyiciləri ilə bölüşüb:
 
\"Bu müddət ərzində özümüzə inamımız zirvədə olacaq. Özümüzü səhnənin mərkəzində hiss edəcəyik. Əgər bir fikriniz varsa, əvvəlcə dərindən nəfəs alın və sonra bütün dünyanın sizi dinlədiyini təsəvvür edərək fikirlərinizi izah edin.

Bəlkə də bu fikriniz alqışlarla qəbul olunacaq. Yaradıcılıq mövzusunda isə Merkurinin Şir bürcündəki enerjisi işə düşür. İçinizdəki yazıçı, rəssam və şair oyanır.
 
Hər cümləniz bir sənət əsəri, hər düşüncəniz şah əsər olacaq. Bununla belə, zaman-zaman realizmdən uzaqlaşmamaqda fayda var. Bəli, ideyalarınız əladır, lakin bunun reallaşması üçün addımlar atmaq da vacibdir. Sosial mediada parlamaq üçün əla vaxt dilimidir.
 
Oksana
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
1
azxeber.com

2Источники