RU

Azərbaycan Türkiyəyə ən çox qaz tədarük edən ölkə olub

Bakı. Trend:

Azərbaycan 2024-cü ilin aprel ayında Türkiyəyə təbii qazixracını əhəmiyyətli dərəcədə artıraraq, ötən ilin eyni dövrü iləmüqayisədə 12,02 faiz artıma nail olub.

Trend bubarədə Türkiyə Enerji Bazarlarının Tənzimlənməsi İdarəsinin (EPDK)dərc etdiyi məlumatlara istinadən xəbər verir.

Məlumata görə, ixrac 2023-cü ilin aprel ayındakı 893,36 milyonkubmetrlə müqayisədə 1,001 milyard kubmetrə çatıb.

Beləliklə, Azərbaycan hesabat dövründə Türkiyəyə ən çox təbiiqaz ixrac edən ölkə olub.

İkinci yerdə təqribən 543,99 milyon kubmetr qaz ixracı ilə İrandayanıb. Bu isə 2023-cü ilin aprel ayı ilə müqayisədə 37,25 faizmühüm azalma deməkdir.

Türkiyəyə ən çox təbii qaz ixrac edən üçüncü ölkə isə Rusiyaolub. Rusiya hesabat dövründə Türkiyəyə 413,24 milyon kubmetr təbiiqaz ixrac edib ki, bu da 2023-cü ilin aprel ayı (1,524 milyardkubmetr) ilə müqayisədə 76,01 faiz azdır.

Türkiyə 2024-cü ilin aprelində bütünlükdə qaz idxalını 2023-cüilin aprelindəki 3,982 milyard kubmetrlə müqayisədə 39,85 faizazaldaraq təqribən 2,395 milyard kubmetrə salıb.

Boru kəməri qazının idxalı 40,38 faiz azalaraq 1,958 milyardkubmetrə çatıb, maye təbii qaz (MTQ) idxalı isə 37,37 faiz azalaraq437,25 milyon kubmetr olub.

X: @Lyaman_Zeyn

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Избранный
138
18
az.trend.az

10Источники