RU

İctimai Şura sədrindən Polis Günü təbriki

Bu günAzərbaycan polisinin yaranmasının 106-cı ildönümü qeyd olunur.

1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılan Azərbaycan Polisi müstəqilliyimizin bərpasının ilk illərindən ölkəmizin ərazi bütövlüyü və təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb.

Çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu keçən Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə sahəsində də böyük uğur əldə edib. İşğaldan azad olunan ərazilərimizdə də Azərbaycan polisi bu gün təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının xüsusi diqqət ayırdığı Azərbaycan Polisinin gərgin zəhmətinin nəticəsidir ki, bu gün ölkəmiz nəinki regionun, həm də dünyanın ən təhlükəsiz dövlətlərindən biridir.

Избранный
46
aznews.az

1Источники