RU

Bu bitkilər beyni sözün əsl mənasında təzələyir -  Yenidən doğulmuş kimi olacaqsınız

Bu Bu bitkilər beyni sözün əsl mənasında təzələyir -

Yaş artdıqca azalmağa başlayan beyin funksiyalarını yaxşılaşdırmaq üçün bir çox müxtəlif üsullar tövsiyə olunur. Koqnitiv problemləri və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün beyin sağlamlığına diqqət yetirmək son dərəcə vacibdir.

E-saglam.az xəbər verir ki, beyin sağlamlığını yaxşılaşdırmaq üçün təbii bitkilərin faydalarından yararlanmaq lazımdır. Həm ənənəvi, həm də müasir təbabətin birləşməsi ilə bu bitkilərin faydaları üzə çıxır.

Beyin sağlamlığının gündəlik həyatda istifadə etdiyiniz qidalarla dəstəklənə biləcəyi görülsə də, mütəxəssislər bu bitkiləri xüsusilə tövsiyə edir. 

Beyni yeniləyən bitkilər bunlardır: 

Adaçayı

Yaddaşı gücləndirici təsiri olan adaçayı Alzheimer xəstəliyinə qarşı müsbət təsir göstərir. Beyin sağlamlığı üçün son dərəcə əhəmiyyətli yerə sahib olan adaçayı beyin üçün vacib olan asetilkolini ehtiva edir. Bu səbəbdən yaddaş testlərindən əvvəl istehlak edilməsi tövsiyə olunur.

Adaçayı

Bibəriyə (Rozmarin)

Bibəriyənin yeməklərə ləzzət qatmaqla yanaşı, tərkibindəki antioksidant maddələrlə beyni yenilədiyi bilinir.

Biberiyenin

Cəzayir bənövşəsi (periwinkle)

Qara reyhan toxumları və yarpaq hissələrinin Alzheimer dərmanlarının əsas tərkib hissələrindən biri kimi istifadə edildiyi bilinir. Alzheimer dərmanlarının tərkibində olan vinkamin tərkibi ilə beyin sağlamlığı üçün son dərəcə faydalıdır.

Cezayir

Qara reyhan

Yaddaşı gücləndirməyə kömək edən başqa bir ot reyhandır. Bir çox yeməklərin tərkibində olan reyhan yaddaşı gücləndirir və ətri ilə fərqli dad qatır.

Reyhan

Bitkilərin insan orqanizminə təsiri diqqəti cəlb etsə də, sərbəst radikalların beyin hüceyrələrinə zərərli təsirlərini minimuma endirdiyi bilinir. Bu bitkilərlə yanaşı, qaragilə, çiyələk və avokado kimi antioksidantla zəngin qidalar da yaddaş və idrak funksiyalarını gücləndirir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
73
28
e-saglam.az

10Источники