Elm adamları Marsın səthinin niyə davamlı titrəməsinin səbəbini öyrəniblər.
Moderator.az Teleqraf.com-a istinadən xəbər verir ki, titrəmələr “Mars InSight” seysmoqrafı tərəfindən qeydə alınıb.
Marsın öz atmosferi olsa da, məsələn, Yer kürəsinin atmosferindən 100 dəfə nazikdir. Bu o deməkdir ki, Marsın kosmosdan gələn cisimlərdən qorunmaq üçün etibarlı strukturu yoxdur. Bundan əlavə, Mars onun və Yupiterin orbitləri arasında yerləşən meteorit kəmərinə daha yaxındır və buna görə də həmişə yaxınlıqda çoxlu sayda kosmik cisimlər olur, bu da tez-tez toqquşmalar yaradır.
Elm adamlarının fikrincə, hər il Marsa 280-360 meteorit parçası düşür ki, bunların hər biri basketbol meydançası ölçüsünə çata bilir. Bunlar 8 metrdən çox krater və ya 30 metr diametrə qədər çuxurlara səbəb olurlar.
Alimlər Marsın səthinin davamlı silkələnməsini bu toqquşmalarla əlaqələndirirlər. Bu toqquşmalar vasitəsilə Marsın geoloji tarixinin xronologiyası haqda çox şey öyrənmək, həmçinin planetə hansı növ meteoritlərin düşə biləcəyini anlamaq mümkündür.