RU

Portaldan yayınmış 1,3 milyonluq tenderi - XARİCİ ŞİRKƏT UDDU

Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi “Televiziya Yayım Avadanlığının satınalınması” tenderinin nəticələrini elan edib.

Dövlət qurumu 5 milyon dəyərində 5 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, tenderin qalibi UAB “Vigintos Elektronika” olub.

Qalib şirkətlə 1 371 812 manat məbləğində müqavilə imzalanıb.

Qeyd edək ki, 1991-ci ildə fəaliyyətə başlayan "Vigintos Elektronika" etibarlı yüksək keyfiyyətli yayım avadanlığının ən böyük istehsalçılarından və inkişaf etdiricilərindən birinə çevrilmişdir. Baş ofisi Vilnüs şəhərində yerləşir.

Xatırladaq ki, Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Избранный
83
fed.az

1Источники