Yayımlandı: 2 İyul 2024 14:41 Uşaq telekanallarına müdaxilə edilərək, Ukrayna müharibəsindən səhnələr göstərilib Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Avropa ölkələrinin peyk sistemlərinə müdaxilə etdiyini, bununla bağlı bir sıra insidentləri pisləyən açıqlama yayıb. BMT Rusiyadan bu müdaxilələri dayandırmasını istəyib. Beynəlxalq Telekommunikasiyalar İttifaqı (The International Telecommunications Union – ITU) ötən həftə Ukrayna və dörd Avropa İttifaqı ölkəsi, Fransa, Niderland, İsveç və Lüksemburqdan son aylarda peyk müdaxiləsi ilə bağlı bir sıra şikayətlərə baxıb. Şikayətçi tərəflər bildiriblər ki, müdaxilə ilə GPS siqnalları boğulub, bununla da hava nəqliyyatına nəzarət sistemi təhlükəyə atılıb. Həmçinin Ukrayna müharibəsindən səhnələrin göstərilməsi üçün uşaq telekanallarına müdaxil edilib. Cenevrədə yerləşən ITU-nun Radio Tənzimləmələri Şurasının bəyanatında bildirib ki, Fransa və İsveç peyk şəbəkələrindəki pozulmalar “Moskva, Kalininqrad və Pavlovka ərazilərində yerləşən stansiyalardan qaynaqlanır. “Bu, son dərəcə narahatedici və qəbuledilməzdir” – deyə, açıqlamada bildirilib. Əlavə edib ki, Rusiya bu hərəkətlərinə dərhal son qoymalı və baş verənlər araşdırılmalıdır. Qurum həmçinin hadisələrin həlli və təkrarlanmaması üçün zərərçəkmiş ölkələrlə Rusiyanı birlikdə görüşə çağırıb. Rusiyanın Cenevrədəki diplomatik nümayəndəliyi şərh sorğusuna dərhal cavab verməyib.ITU-nun qaydalarını pozduğunu inkar edən Moskva, həmçinin NATO ölkələrinin peyk müdaxiləsi iddiasından şikayət edib, lakin keçən həftəki iclasda bu, ITU qurumu tərəfindən nəzərə alınmayıb. 193 üzv dövlətdən ibarət olan və Cenevrədə yerləşən ITU qlobal peyk sisteminin tənzimlənməsi və koordinasiyasına cavabdehdir. Meydan TV
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта