RU

Hollandiya Ukraynaya F-16 tədarük edəcək

Hollandiya hökuməti vəd etdiyi 24 ədəd F-16 döyüş təyyarəsinin bəzilərini tezliklə Ukraynaya təhvil verəcəklərini bildirib.Elchi.az xəbər verir ki, ölkənin müdafiə naziri Kaysa Olonqrenin verdiyi məlumata görə, Ukraynaya qırıcı təyyarələrin verilməsi üçün lazımi icazələr alınıb.Nazir təhlükəsizlik səbəbi ilə ilk çatdırılma zamanı neçə təyyarənin gətiriləcəyini və onların ölkəyə nə vaxt çatacağını dəqiqləşdirməkdən imtina edib.Xatırladaq ki, Belçika, Danimarka, Hollandiya və Norveç daha əvvəl Ukraynaya 60 ədəd F-16 qırıcısı təhvil verəcəklərini vəd etmişdi.Qərb mətbuatının yazdığına görə, Ukrayna Silahlı Qüvvələri onları uzun müddət ərzində bir neçə partiyada qəbul edəcək və bütün təyyarələri bir anda döyüşə çıxara bilməyəcək, çünki pilotların hazırlığı onların istədiyindən daha yavaş gedir.YeganəMənbə: Reuters.com

Избранный
100
50
elchi.az

10Источники