RU

İzmirdə metrodakı qəzanın görüntüləri yayıldı - Video

Dünən İzmir metrosunda eskalatorda baş verən qəzanın görüntüləri yayılıb.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, kadrlardan eskalatorun gözlənilmədən əks istiqamətdə hərəkət etməyə başladığını, üzərində olan insanların isə müvazinətini itirərək yıxıldığını görmək mümkündür.

Qeyd edək ki, hadisə iyulun 1-i səhər saatlarında Üçyol metrostansiyasında qeydə alınıb. Qəza zamanı 11 nəfər yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
qafqazinfo.az

1Источники