Hindistanda dini ayində yaranan izdihamda azı 60 nəfər ölüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Uttar-Pradeş ştatında dini tədbir zamanı yaranan izdihamda çoxlu sayda insan ölüb.
Ölənlər arasında uşaqların da olduğu qeyd edilib. Polislər ölənlərin sayının arta biləcəyini açıqlayıb. Hadisə ilə bağlı araşdırma başlanarkən, çox sayda xilasetmə qrupu hadisə yerinə cəlb olunub.
Zərifə Nağıyeva