“Şimal” UEFA Regionlar Kubokunda ikinci oyununu İsveçin “Qothenburq” komandasına qarşı keçirib.

Matç 2:2 hesablı heç-heçə hesabı ilə başa çatıb. Xaçmaz təmsilçisi ilk oyunda Gürcüstanın “Football School Bridge” klubuna 0:5 hesabı ilə məğlub olmuşdu. Qrupda sonuncu olan komanda mübarizəni başa vurub. 

Regionlar Kubokundakı çıxışını dəyərləndirməsi üçün komandanın baş məşqçisi Tural Cəlilovla əlaqə saxladıq. Xaçmazlıların çalışdırıcısı Offsideplus.az-a açıqlmasında bunları söylədi:

"Region Liqasında çempion olan heyətin 7 əsas üzvü bu yarışda iştirak edə bilmədi. Bura mən də daxil idim. Qaydalara riayət etməli olduq. Məcbur olduq ki, komandaya yeni futbolçular cəlb edək. Çətinliklərimiz də buna görədir. Birlikdə heç məşq belə etməmişik. Gürcüstan komandasının heyəti çox yaxşı olsa da, heç inanmağım gəlmir ki, onların oyunçuları peşəkar futbolda oynamayıb. Onlar həvəskar komandaya oxşamırdılar. Buna görə də səviyyə fərqi görsənirdi. Lakin İsveçrə bəlli idi ki, həvəskar komanda idi. Ona görə də uşaqlar yaxşı oynadılar."