Türkiyə millisinin futbolçusu Mert Müldür Avro-2024-ün 1/8 finalında bu gün Avstriyaya qarşı keçirəcəkləri görüşlə bağlı fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, müdafiəçi oyun haqda bunları deyib:
“Bizim üçün xüsusi oyun olacaq. Hər iki komanda 1/4 finala yüksəlmək istəyir. Ümid edirəm, sevinən tərəf biz olarıq. Rəqibimizi yaxşı təhlil etmişik. Hamımızın düşündüyü müsbət nəticədir”.
Bu gün keçiriləcək Avstriya – Türkiyə oyunu saat 23:00-da start götürəcək.