RU

Viktor Orban: "Ukraynada sülh məsələsi Avropa İttifaqında əsas məsələ olacaq"

Ukraynada sülh məsələsi Macarıstanın Avropa İttifaqı Şurasına (Aİ) sədrlik edəcəyi növbəti altı ayın əsasını təşkil edəcək. 

HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

"Düşünürəm ki, bu, Macarıstanın növbəti altı ayı ərzində Avropa üçün ən vacib məsələdir - Rusiya və Ukrayna arasında müharibə və sülh məsələsidir", deyə Orban bildirib.

Macarıstan Avropa İttifaqı Şurasında sədrliyə iyulun 1-dən başlayıb. İyun ayında Budapeşt Avropa İttifaqı Şurasına altı aylıq sədrliyi üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyası şüarına istinad edərək "Avropanı yenidən möhtəşəm et" şüarını açıqlayıb.

İyulun 2-də Orban Kiyevə uçub və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. O, Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatı başlayandan bəri ilk dəfə Ukraynaya səfər edib.

Macarıstanlı siyasətçi Ukrayna liderini sülh danışıqlarına yaxınlaşmanı sürətləndirmək üçün döyüşlərin dayandırılmasının mümkünlüyü barədə düşünməyə çağırıb.

Samir
 

Избранный
210
40
hit.az

10Источники