RU

Güclü yağış, külək və dolu Balkanlara təsir edib

Balkan ölkələri Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya və Monteneqroda leysan yağış, dolu və külək həyatı mənfi təsir edir.
Elchi.az  xəbər verir ki, Sloveniyada dünəndən başlayan güclü yağış və dolu nəticəsində bəzi evlər, iş yerləri və nəqliyyat vasitələrinə ziyan dəyib, bir çox elektrik xətlərində nasazlıq yaranıb.
Xorvatiyanın şərqində bu gün səhər saatlarında artan şiddətli yağışdan sonra Bosnjaci kəndində bir evə ildırım düşməsi nəticəsində yanğın baş verib.
Xorvatiyanın baş naziri Andrey Plenkoviç yerli mətbuata verdiyi açıqlamada güclü külək nəticəsində kənddəki 1000 evdən 900-nün damının zədələndiyini bildirib.
Plenkoviç bəyan edib ki, hökumət və yerli hakimiyyət xalqın itkilərini ödəmək üçün çalışacaq.
Qeyd olunub ki, Xorvatiyanın Brod-Posavina bölgəsində güclü külək nəticəsində çoxlu ev və iş yerləri dağılıb.
Monteneqroda ildırım vurması nəticəsində 1 nəfər ölüb
Bosniya və Herseqovinanın şimal-qərbində baş verən fırtına səbəbiylə bəzi kəndlərdə elektrik kəsilib, ölkə daxilində bir çox ev və avtomobilə maddi ziyan dəyib.
Serbiyanın paytaxtı Belqradda güclü yağış və külək nəticəsində evləri və iş yerlərini su basıb, çoxlu sayda avtomobilə ziyan dəyib.Nuranə Məmmədova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
1
elchi.az

2Источники