RU

Avropa çempionatı: İlk medal Şükürzadədən gəldi

Serbiyanın Novi Sad şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşində ilk medalçılar müəyyənləşib.

Rahim Həsənov (55 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Servan Çinara müqavimət göstərə bilməyib – 0:8.

Əvəzində Məhəmməd Şükürzadə (63 kq) medal hesabımızı açıb. Güləşçimiz serbiyalı Deyan Berkeçə 5:1 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.

Davud Məmmədov (77 kq) təsəlliverici görüşdə rusiyalı Qamzat Qadjiyevə (4:7), Məzaim Mərdanov (130 kq) isə təsəlliverici görüşdə bolqarıstanlı Alan Cabiyevə (0:9) məğlub olub.

Qeyd edək ki, ötən gün start götürmüş 20 yaşlıların Avropa çempionatı iyulun 7-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
8
arena.az

10Источники