RU

Südlü çay içmək ziyandır? » Medical Media


Südlü çay içmək bütün dünyada, xüsusilə də Böyük Britaniyada çox populyardır.
Onun xeyri və ziyanları ilə bağlı rusiyalı terapevt Yana Şmelyova danışıb.
"Çaydan bütün faydaları əldə etmək üçün onu düzgün dəmləmək lazımdır. Süd əlavə etmək, öz növbəsində, heç bir fayda gətirməyəcək, əksinə, ziyandır", - deyə Şmelyova bildirib.
Terapevt qeyd edib ki, süd çayın tərkibindəki antioksidantları və katexinləri neytrallaşdırır. Həmçinin onların xərçəng hüceyrələri ilə mübarizə aparmağa kömək etdiyi və ürək-damar xəstəlikləri ehtimalını azaltdığı məlumdur.
O xatırladıb ki, süd heyvan zülalına görə, orqanizm tərəfindən çətin həzm olunan məhsuldur:
"Nəticədə südlü çay içdikdən sonra mədə-bağırsaq traktında diskomfort hissi yaranır və məhsulun tərkibindəki kalorilər həzm prosesini ləngidir".
"Südlü çaya şəkər əlavə olunanda onun xeyri lap azalır. Fraktal çatışmazlığı olan insanlara bu içki tamamilə qadağandır. Lakin ayrılıqda süd içmək xeyirlidir. Süd sümük sağlamlığı üçün vacib olan kalsiumla zəngin olduğu, həmçinin yüksək keyfiyyətli zülalları, B vitaminlərini və sağlamlığı qorumaq üçün lazım olan digər qidaları ehtiva edir. Bundan əlavə, südün tərkibində C vitamini və xərçəngin yaranmasının qarşısını alan vacib komponent p53 var", - deyə həkim əlavə edib.

Избранный
106
4
medicalmedia.az

5Источники