RU

Peşə təhsilinə maraq necə artırılmalıdır? - TƏKLİF

"Biz peşə təhsilinə olan marağın artırılması üçün çalışırıq. Bir şəxsin ali təhsilli olmasa belə peşə sahibi olması arzuolunandır". Bu fikirləri ötən gün konfransda Elm və Təhsil naziri Emin Əmrullayev qeyd edib.

 

Günümüzdə təəssüflər olsun ki, insanların əksəriyyəti ali təhsil almağa çalışsa da, ixtisasına uyğun bacarıqlarını sərgiləyə bilmədikləri ortaya çıxır.

 

Bəs, görəsən, təhsili olmayanların peşə təhsilinə cəlb etmək üçün hansı addımların atılmasını zəruridur?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov peşə təhsilinə münasibəti dəyişmək üçün peşə təhsilində tədrisin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə uyğun olan kadr hazırlığının həyata keçirilməsi vacib olduğunu qeyd edib:

 

“2018-ci ildə “Peşə təhsili haqqında” qanun qəbul edildikdən sonra peşə təhsili müəssisələrində müəyyən islahatlar hazırlandı. Bu islahatlar xüsusilə peşə təlimi mərkəzinin yaradılması, peşə təhsil müəssisələrində subbakalavr təhsilinin verilməsi, peşə liseylərinin maddi-texniki bazasının möhkəmləşdirilməsi və s. aid oldu. Bu sahə üzrə kifayət qədər işlər görülüb.

Amma cəmiyyət olaraq bizim peşə təhsilinə münasibətimiz nə dərəcədə dəyişib? Bu artıq sual altındadır. İlk növbədə peşə təhsilinə münasibəti dəyişmək üçün burada tədrisin keyfiyyətinin artırılması, əmək bazarının tələblərinə uyğun olan kadr hazırlığının həyata keçirilməsi vacibdir.

Kadr hazırlığının həyata keçirilməsi üçün təkcə nəzəri yox, eyni zamanda praktik xarakter daşıması kimi tələblər var”.

 

Ekspert ümumtəhsil müəssisələri ilə peşə məktəbləri arasında sıx əməkdaşlığın zəruri olduğunu vurğulayıb:

 

“Həmçinin ümumi təhsil məktəblərində 7-ci sinifdən başlayaraq peşə maraqlılığı ölçən psixoloji düstur, yəni testlər var. Bu testlərdən istifadə etmək lazımdır. Ümumi təhsil məktəbləri ilə peşə məktəbləri arasında sıx əməkdaşlıq etməklə peşə təhsil müəssisələrində insanların seçimini gücləndirmək lazımdır.

Bu sahədə ümumi təhsil məktəbinin rəhbərlərinin üzərinə böyük öhdəlik düşür. Düşünürəm ki, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi peşə təhsil müəssisələrinə üz tutan məzunların reytinq hesablamalarını nəzərə alsalar daha yaxşı olar.

Belə olan halda məktəb rəhbərləri məktəblərdə reytinqin qalxması üçün rəqabətə özləri də maraqlı olacaqlar. Digər tərəfdən peşə təhsilini bitirən şəxslərin müvafiq ixtisas üzrə istehsalat təcrübəsi keçə bilməlidirlər. Bütün bu proseslər sistemli xarakter daşıyır. O zaman düşünürəm ki, peşə məktəblərinə üz tutanların sayı artacaq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
azedu.az

1Источники