RU

İtalyan iş adamı Moskvanın mərkəzində oğurlandı

Yazını böyüt
Yazını kiçilt

Üç Rusiya vətəndaşı Moskvada italyan iş adamını qaçırıb. Rusiya Daxili İşlər Nazirliyinin sözçüsü İrina Volk naməlum şəxslərin Sadovaya-Triumfalnaya küçəsində bir şəxsi zorla maşına mindirərək qaçırdığını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, italyan iş adamını Bryansk şəhərindəki bir evdə saxlayıb çarpayıya zəncirlədiyi təsbit edilən şübhəlilərin saxlanıldığı, axtarış zamanı onlardan silah götürüldüyü qeyd edilib.

Qaçırılan şəxsin GRUPPO SİAD-ın Rusiya nümayəndəliyinin baş meneceri 56 yaşlı Stefano Guidotti olduğu açıqlanıb.

Dağıstan və Özbəkistanda yaşadıqları müəyyən edilən 3 şübhəli barəsində istintaq başladılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
56
1
hafta.az

2Источники