RU

“Türk bayrağı türklər qədər bizim üçün də müqəddəsdir” - Əbdürrəhman Mustafa

Yazını böyüt
Yazını kiçilt

Suriya Müvəqqəti Hökumətinin sədri Əbdürrəhman Mustafa CNN Türk-ə canlı yayımda qoşularaq Suriyanın şimalında baş verən hadisələrlə bağlı açıqlamalar verib.

Hafta.az-ın yazdığına görə, Mustafa, "Türkiyəyə vurulan zərər bizə dəyən ziyandır. Orada təxribat var. Suriyada baş verənləri Türkiyəyə, Türkiyədəki hadisələri Suriyaya transfer etmək mümkün deyil. Baş verənlərə görə cavab verəcəyik. Fərdi hadisələri ictimai hadisələrə çevirsək, bundan yalnız düşmənlərimiz faydalanacaq" deyib.

Türkiyədə yaşayan suriyalıların qonaq olduqlarını və Türkiyə Cümhuriyyətinin qanunlarına əməl etməli olduqlarını bildirən Mustafa, “Türkiyə Cümhuriyyəti ilə yüz illərdir birliyimiz var” deyib.

Mustafa, Suriyada həll yoluna çatmağın daha uzun sürsə belə, hədəfin Türkiyə ilə birlikdə bölgəni təhlükəsiz hala gətirmək və suriyalı qaçqınların öz torpaqlarına qayıtmasını təmin etmək və təxribatların pis nəticələrinin olduğunu bildirib.

Mustafa Suriya xalqını mötədilliyə çağıraraq, “Türkiyə Cümhuriyyətinin gələcəyinə, milli təhlükəsizliyinə və sabit Suriya yaratmaq üçün aramızdakı ittifaqa zərər vermək istəyənlərə fürsət verməyək” deyib.

Suriya Müvəqqəti Hökumətinin prezidenti Mustafa bir türkmən olaraq baş verənlərdən kədərləndiyini ifadə edərək deyib: “Türk bayrağı türk milləti üçün müqəddəs olduğu kimi bizim üçün də müqəddəsdir. Məhmətçik bu bayraq altında Suriyada terrorçulara qarşı döyüşüb. İnqilab bayrağımız kimi türk bayrağı da bizim üçün eyni dəyərdədir. Suriyadakı kədərli hadisələrlə bağlı nə lazımdırsa edəcəyik. Suriyadakı təxribatları Türkiyəyə daşımamalıyıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
65
hafta.az

1Источники