RU

1/8 final mərhələsinin ən yaxşı qoluna namizədlər - SİYAHI

2024-cü il Avropa çempionatının 1/8 final mərhələsinin bütün oyunları başa çatıb.

90deqiqe.Az xəbər verir ki,dörd futbolçunun yer aldığı siyahıda qolları İngiltərə millisinin yarımmüdafiəçisi Cude Bellinqem (İngiltərə - Sloveniya, 2:1 d.v), ispanlar Niko Uilyams və Fabian Ruiz (İspaniya - Gürcüstan 4:1) və isveçrəli Ruben Varqasın (İsveçrə - İtaliya 2:0) qolları daxil edilib.

1/8 finalın nəticələrinə əsasən, cütlüklər müəyyənləşib:

İspaniya - Almaniya,

Portuqaliya - Fransa,

İngiltərə - İsveçrə

Türkiyə - Hollandiya.

1/4 final mərhələsinin ilk oyunları iyulun 5-də baş tutacaq. Əvvəlcə Almaniya Bakı vaxtı ilə saat 20:00-da başlayacaq İspaniya ilə qarşılaşacaq. Daha sonra Portuqaliya Fransa ilə oyun keçirəcək – Bakı vaxtı ilə saat 23:00.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
1
90deqiqe.az

2Источники