RU

10 min üzvü olduğu deyilən partiya seçkiyə niyə 6 namizədlə gedir? (AÇIQLAMA)

Azərbaycan Xalq Partiyası (AXP) parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, partiya bu seçkidə 6 nəfər üzvlə iştirak edəcək. Onlar aşağıdakılardır: 

1. 48 saylı 1-ci Abşeron Seçki Dairəsi-  Məzahir İsrayılov
2. 67 saylı Sabirabad Seçki Dairəsi - Qiyas Sadıqov
3. 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsi - Pənah Hüseyn
4. 70 saylı Neftçala Seçki Dairəsi - Həmzəyev Mircəlal
5. 99 saylı Bərdə Seçki Dairəsi - Mübariz İsmayılov
6. 119 saylı Ağdam Seçki Dairəsi - Hüseyn Behbudov.

Bəs, 10 mindən yuxarı üzvü olan Azərbaycan Xalq Partiyası niyə seçkiyə 6 nəfər üzvlə gedir? AXP sədri Pənah Hüseyn Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu, partiyanın İdarə Heyətinin seçkilərlə bağı keçirdiyi ilk toplantısında verilən qərardır:

"Qarşıdakı günlərdə İdarə Heyəti yenidən toplanacaq. Güman edirəm ki, həmin toplantıda namizədlərin siyahısı artacaq. Siyahı artdıqca onu  mətbuata açıqlayacağıq".
 
Bahar Rüstəmli
Избранный
158
22
qaynarinfo.az

10Источники