RU

Amerikalı rejissor vəfat edib

Amerikalı ssenarist və rejissor Robert Taun vəfat edib.

“İki sahil” xəbər verir ki, o, 89 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Taun "Sonuncu paltar" (1973), "Chinatown" (1974) və "Şampun" (1975) kimi filmlərə ssenari yazıb. Taun həmçinin "Missiya: Mümkün olmayan" (1996) və "Missiya: Mümkün olmayan 2" (2000) filmlərinin ssenarilərinin də müəllifidir. O, 1975-ci ildə “Çin məhəlləsi” filminə yazdığı ssenariyə görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
1
ikisahil.az

2Источники