RU

"Sumqayıt"ın rəqibi yeni transferlə müqaviləni ləğv etdi

style='margin-bottom:10px;'>

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"ın rəqibi olan "Fehervar" yeni transferi Corc Dobsonla müqaviləni ləğv edib.

QOL.az xəbər verir ki, bu barədə Macarıstan klubunun rsəm isaytı məlumat yayıb.

İngiltərəli yarımmüdafiəçi bu ilin fevral ayında "Fehervar"la müqavilə imzalayıb. O, iyulun 1-də komandaya qoşulmalı idi. Ancaq 26 yaşlı futbolçu ailə məsələləri ilə bağlı "Fehervar"dan müqaviləni ləğv etməyi xahiş edib. Klub isə onun bu istəyini yerinə yetirib.

Qeyd edək ki, “Sumqayıt”ın “Fehervar”la ilk oyunu iyulun 25-də Azərbaycanda, cavab görüşü isə iyulun 31-də Macarıstanda keçiriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
teleqraf.com

1Источники