RU

“İrəvanla Bakı arasında dialoqa töhfə verməyə hazırıq” - Yenilənib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda rəsmi səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb. 

Bildirilib ki, Mirzoyanla gürcü həmkarı İlya Darçiaşvili arasında ikitərəfli görüş keçirilib.

***

İ.Darçiaşvili erməni həmkarı ilə birgə mətbuat konfransında Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiya prosesinin başladılmasını tarixi qərar adlandırıb.

O bildirib ki, ölkəsi bu qərarı alqışlayır və sülh prosesinin müsbət dinamikasının saxlanılacağına ümid edir: “Gürcüstan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin edilməsini qətiyyətlə dəstəkləyir və sabitliyin qorunub saxlanaılması üçün konstruktiv dialoqa töhfə verməyə hazırdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
20
qafqazinfo.az

1Источники