RU

Azərbaycanda ana 4 övladını parkda qoyaraq sevgilisi ilə qaçdı - FOTO/ Yenilənib

Azərbaycanda ana 4 övladını parkda qoyaraq sevgilisinə qoşulub qaçıb.

Paralel.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin sədri Kəmalə Ağazadə məlumat verib. O bildirib ki, uşaqlar 3 gün öncə 23-cü polis bölməsi tərəfindən aşkarlanıb:

"Birinci gün tibbi müayinə məqsədi ilə Qarayev xəstəxanasına aparılıb. Daha sonra isə Azərbaycan Uşaqları İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Uşaqların təxminən 14, 5 və 4 yaşındadır. Ən kiçiyi 5-6 aylıq olar. Böyük qız bildirir ki, anam sevgilisi ilə bizi parkda qoydu və dedi ki, gedirəm kirayə ev tapmağa. O gedən gedib. Polis əməkdaşları uşaqları aşkarlayaraq bölməyə aparıb. 

Böyük qız bildirir ki, balaca olanda Mingəçevirdə yaşamışam. Anasının adı Günay, nənəsinin adı Nəcibədir. Böyük qızın adı Günəş atasının adı Asim olmalıdır. Heç bir sənədləri yoxdur.

Ehtimal edilir ki, bir müddət Xırdalanda da qalıblar".

K.Ağazadə uşaqları tanıyan şəxsləri axtardığı üçün onların fotosunu da paylaşıb.

***

4 övladını parkda qoyaraq gedən ana tapılıb.

Paralel.az xəbər verir ki, bu barədə Kəmalə Ağazadə bildirib. O, hadisənin detalları barədə məlumat verməyib.

Избранный
174
4
paralel.az

10Источники