Qəzzada ölü və yaralıların ümumi sayı 125 mini ötdü
İsrail hərbçilərinin əməliyyatları nəticəsində Qəzza zolağında bir gündə ən azı 28 fələstinli həlak olub. Yeniavaz.com xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi öz “Telegram” kanalında məlumat yayıb. “Son 24 saat ərzində İsrail ordusu Qəzza zolağında üç hücum həyata keçirib, nəticədə 28 nəfər ölüb, 125 nəfər yaralanıb”, - nazirliyin məlumatında bildirlib. Nazirlik, həmçinin əlavə edib ki, İsrailin Qəzzada bu günə qədər keçirdiyi hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 37 min 953, yaralananların sayı 87 min 266 nəfər olub.