RU

Ukraynanın baş naziri: "Kiyev BVF-dən 2,2 milyard dollar alıb"

"Ukrayna vacib ev tapşırığını yerinə yetirdi və proqramın dördüncü təftişindən uğurla keçdi".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.

Onun sözlərinə görə, köçürülən məbləğ hökumətə kritik büdcə xərclərini, sosial müavinətləri, həkim və müəllimlərin maaşlarını maliyyələşdirməyə kömək edəcək:

"Bu, 16 milyard dollarlıq EFF proqramının bir hissəsidir. BVF-nin rəhbəri Kristalina Georgiyeva və onun komandasına Ukraynaya əhəmiyyətli dəstəyinə görə minnətdarıq".

Gülşən Şərif

Избранный
26
bakivaxti.az

1Источники