RU

“Şamaxı”dan yetirməsi olduğu kluba qayıtdı

I Liqada yeni mövsümə hazırlaşan “Karvan” yeni futbolçu ilə güclənib. Matc.az xəbər verir ki, Yevlax təmsilçisi Bəhruz Teymurovla anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı yarımmüdafiəçi 1 illik müqaviləyə qol çəkib. Qeyd edək ki, ötən mövsümü “Şamaxı”da keçirən Teymurovun ilk peşəkar klubu məhz "Karvan" olub. 2011-2012 mövsümündə yevlaxlıların heyətində çıxış edən futbolçu karyerası ərzində "Xəzər Lənkəran", "Şəmkir", MOİK, "Kəpəz" və "Zaqatala"da da oynayıb.  

Избранный
39
matc.az

1Источники